UNEC Rus İqtisad Məktəbində “Tətbiqi iqtisadiyyat” kafedrasının müəllim və əməkdaşlarının iştirakı ilə Xocalı faciəsinə həsr olunan dəyirmi masa keçirilib.
Tədbirdə hadisənin tarixi və beynəlxalq hüquqi aspektləri barədə direktor müavini Anar Eyyubov geniş məruzə ilə çıxış edib. Çıxışda faciənin mahiyyəti, beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsi və dünya ictimaiyyətinin mövqeyi diqqətə çatdırılıb.
Daha sonra Xocalı mövzusu və hazırkı Azərbaycan–Ermənistan dövlətlərarası sülh prosesi ətrafında fikir mübadiləsi aparıldı, iştirakçıların sualları cavablandırıldı və müzakirələr keçirilib.
RİM-in direktoru dosent Mənsur Bərxudarov barışıq prosesinin dəstəklənməsinin vacibliyini qeyd etməklə yanaşı, tarixi həqiqətlərin unudulmamasının və gələcək nəsillərə düzgün şəkildə çatdırılmasının əhəmiyyətini vurğulayıb.