A

UNEC-in Mühəndislik fakültəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Elçin Səmədov qan yaddaşımıza həkk olunan Xocalı faciəsi barədə fikirlərini iştirakçılarla bölüşüb. O qeyd edib ki, 34 il əvvəl günahsız insanlara qarşı törədilmiş bu ağır cinayət xalqımız tərəfindən hər zaman dərin hüznlə anılır. Eyni zamanda vurğuladı ki, bu gün xalqımız qalib xalq kimi şəhidlərin ruhunu anır və Vətən müharibəsində qazanılmış Qələbə onların ruhuna təsəlli gətirir.

Daha sonra fakültənin Tələbə Gənclər Təşkilatının sədri Nəzrin Baxşiyeva Xocalı faciəsinin baş vermə səbəbləri, qətlə yetirilənlər, girov götürülənlər, məhv edilən ailələr və Xocalının bugünkü vəziyyəti barədə təqdimatla çıxış edərək ətraflı məlumat verib.

Tədbir çərçivəsində fakültə tələbəsi Rehanə Əliyeva Xocalı soyqırımına ithaf etdiyi şeiri səsləndirib.

Sonda fakültənin dekan müavini Sevinc Abdullayeva bu faciənin bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edərək, tarixi yaddaşın qorunmasının, ədalət və həqiqətin müdafiəsinin vacibliyini vurğulayıb.

Tədbir Xocalı soyqırımını əks etdirən videoçarxın nümayişi ilə başa çatıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay