A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı soyqırımının otuz dördüncü ildönümünə həsr olunan xüsusi dərslər keçirilib.

Dərslərdə Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

UNEC-in  Maliyyə və mühasibat, Rəqəmsal İqtisadiyyat, İqtisadiyyat və idarəetmə, Mühəndislik, Biznes və menecment fakültələrində, Rus İqtisad Məktəbində, Magistratura Məktəbində, UNEC Biznes Məktəbində, UNEC Dizayn Məktəbində, Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE), UNEC-in Zaqatala filialında, Ümumi fənlərin tədrisinin təşkili departamentində keçirilən xüsusi dərslərdə Xocalı faciəsindən danışılıb.

Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır və amansız cinayətlərdən biri olduğunu bildirib, bu faciənin təkcə bir şəhərin deyil, bütövlükdə xalqın taleyində dərin iz buraxdığını, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət olunduğunu  qeyd edilib və onun siyasi-hüquqi müstəvidə tanıdılmasının, eləcə də tarixi həqiqətlərin gələcək nəsillərə düzgün çatdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Xüsusi dərslərdə qeyd olunub ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 14 məktəb dağıdılıb, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Dərslərdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay