UNEC Kitabxana-İnformasiya Mərkəzinin 3 saylı kitabxanası, “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Tələbə tədqiqatçıların elmi və peşəkar inkişafında emosional intellektin rolu” mövzusunda təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC Əsaslı Kitabxanasının müdiri və “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri Yusif Musayev UNEC-də tələbələrin elmi inkişafı üçün əlverişli şərait yaradıldığını vurğulayıb. O, tədris və tədqiqat prosesində analitik düşüncə ilə yanaşı emosional sabitlik, empatiya, komanda işi və effektiv ünsiyyət kimi bacarıqların mühüm rol oynadığını qeyd edib.
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi, təlimçi Elçin Əzimli emosional intellektin əsas komponentləri – özünüdərk, özünüidarəetmə, motivasiya, empatiya və sosial bacarıqlar barədə ətraflı məlumat verib. Bu bacarıqların tələbələrin elmi və peşəkar inkişafındakı rolunu, eləcə də tədris və tədqiqat prosesində tətbiq imkanlarını ətraflı izah edib.
UNEC 3 saylı kitabxanasının əməkdaşı Vüsal Məmmədov emosional intellekt və mütaliənin vəhdətinin tələbə tədqiqatçıların elmi və peşəkar inkişafına mühüm töhfə verəcəyini bildirib.
Sonda tələbələri maraqlandıran sualları cavablandırılıb.