A

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK)  tərəfindən 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü”nün təqdim olunması mərasimi keçirilib.

Tədbirdə AHİK-in, onun üzv və tabe təşkilatlarının rəhbərliyi, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər.

Konfederasiya sədrinin müavini Musa Mirzəyev tədbirdə çıxış edərək gənclərin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi istiqamətində AHİK tərəfindən həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib. Sonra AHİK tərəfindən həmkarlar ittifaqları sistemində aparılan islahatları, həyata keçirilən layihələri və tətbiq olunan yenilikləri əks etdirən videoçarx nümayiş olunub.

Çıxışlardan sonra 2024-2025-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən yüksək akademik nəticələr göstərən və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edilib. Təqaüd qazananların 10 nəfəri UNEC tələbəsi olub.

UNEC üzrə təqaüd qazanan tələbələr:

  • Samirə Ramazanova – Maliyyə və Mühasibat fakültəsi, IV kurs
  • Fərid Məmmədzadə – Maliyyə və Mühasibat fakültəsi, III kurs
  • Mədinə İmanova – Maliyyə və Mühasibat fakültəsi, III kurs
  • Gülay Abdullayeva – Biznes və Menecment fakültəsi, III kurs
  • Nuray Hacıyeva – Beynəlxalq İqtisadiyyat Məktəbi, II kurs
  • Akif Ələkbərli – UNEC Dizayn Məktəbi, II kurs
  • Xədicə Əbilova – UNEC SABAH Mərkəzi, IV kurs
  • Ramizə Əhmədli – Rəqəmsal İqtisadiyyat fakültəsi, III kurs
  • Nadir Əzimli – Rəqəmsal İqtisadiyyat fakültəsi, III kurs
  • Mehnurə Əlizadə – Rəqəmsal İqtisadiyyat fakültəsi, IV kurs

Qeyd edək ki, adıçəkilən tələbələr yüksək akademik nailiyyətlərinə və Tələbə Həmkarlar İttifaqı hərəkatında fəal iştiraklarına görə ölkə üzrə seçilən tələbələr sırasında yer alıblar.

TOP XƏBƏRLƏR