Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində “Tələbələr müəllimlərin gözü ilə, müəllimlər tələbələrin gözü ilə” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbir universitetin Psixoloji xidmət mərkəzinin təşəbbüsü ilə təşkil olunub. Seminar zamanı mərkəzin psixoloqu Abdullayeva Küşvər çıxış edərək vurğulayıb ki, effektiv təhsil mühiti yalnız bilik ötürülməsi ilə kifayətlənmir, eyni zamanda qarşılıqlı hörmət, açıq ünsiyyət və empatiya kimi dəyərlərə əsaslanır.
Seminar çərçivəsində iştirakçılar müəllim və tələbə münasibətlərinə müxtəlif baxış bucaqlarından yanaşaraq mövcud gözləntiləri, qarşılaşılan çətinlikləri və tətbiq olunan yanaşmaları müzakirə ediblər. İnteraktiv formatda keçirilən tədbir iştirakçılar arasında fəal fikir mübadiləsinə şərait yaradıb.
Sonda tələbələrin ünvanladıqları suallar cavablandırılıb.