Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində “Sudan səmərəli və qənaətlə istifadə olunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə fakültənin “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov, dosent İlqar Xəlilov və müəllim Səidə Siracova iştirak ediblər.
Çıxış edən dosent İlqar Xəlilov sudan səmərəli və qənaətlə istifadənin həm təbiətin qorunması, həm də gələcək nəsillər üçün su ehtiyatlarının saxlanılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, məişətdə suya qənaət, məişət texnikalarından düzgün istifadə, kənd təsərrüfatında səmərəliliyin artırılması, suyun təkrar istifadəsi, alternativ mənbələrdən istifadə, maarifləndirmə və düzgün vərdişlərin formalaşdırılması istiqamətində bir sıra vacib təkliflər səsləndirib.
Qeyd olunub ki, su ehtiyatlarından səmərəli istifadə yalnız iqtisadi baxımdan deyil, həm də ekoloji tarazlığın qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən hər bir vətəndaş gündəlik həyatında suya qənaəti vərdiş halına çevirməlidir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.