UNEC-in Mühəndislik fakültəsinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının təşkilatçılığı, Innoway Education Center-in dəstəyi ilə “Gələcəyin mühəndisləri” adlı təlim-seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva mühəndislik sahəsində innovativ yanaşmaların və müasir texnologiyaların əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin tələbələrin peşəkar inkişafına mühüm töhfə verdiyini bildirib.
Seminarda mühəndis-spikerlər Namiq Heydərov, Kamran Cəbiyev, Nizami Kəlbəliyev və Nadir Babaxanov mühəndislik sahəsində aktual istiqamətlər, real layihələr və gələcəyin peşələri barədə iştirakçılarla bilik və təcrübələrini bölüşüblər.
Tədbir çərçivəsində iştirakçılar proqramlaşdırma, süni intellekt (AI), “embedded” sistemlər, dron texnologiyaları, elektronika və müasir mühəndisliyin perspektivləri ilə yaxından tanış olublar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.