A

Azərbaycan Dövlət İqtisad Universiteti-in İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Həftəsinin açılış mərasimi keçirilib.

Tədbirdə fakültənin dekan müavinləri Müşrəvan Əliyev, Mehriban Kərimzadə, İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının müdiri Elşən Məmmədov, professor-müəllim heyəti və tələbə rektor Ayan Cavadzadə iştirak ediblər.

Açılışı elan edən dos. Müşrəvan Əliyev bildirib ki, Tələbə Həftəsi gənclərin bilik, bacarıq və yaradıcılıq imkanlarını nümayiş etdirdiyi ən maraqlı platformalardan biridir. Onun sözlərinə görə, həftə çərçivəsində intellektual oyunlar, sinema günü və konsert proqramları təşkil olunacaq.

Qeyd olunub ki, layihənin əsas məqsədi tələbələrin asudə vaxtının səmərəli təşkili, sosial fəallıqlarının artırılması və universitet həyatına daha yaxından inteqrasiyasına dəstək göstərməkdir. Tələbə Həftəsinin eyni zamanda tələbələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və komanda ruhunun formalaşmasına mühüm töhfə verdiyi vurğulanıb.

Tədbir çərçivəsində fakültə həyatında fəallığı ilə seçilən təşkilat sədrləri və aktiv tələbələr təltif olunublar. Açılış günü tələbələrin iştirakı ilə hazırlanan bədii proqramla davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay