A

Vətən uğrunda canından keçən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin məzunu, şəhid Məhəmməd Qarayevin şəhadətə ucalmasının dördüncü ildönümü münasibətilə anım tədbiri keçirilib.

Anım mərasimində “Biznes və logistika” kafedrasının baş müəllimi Əlislam Qasımov və fakültənin fəal tələbəsi Ceyhun İsmayıl iştirak edərək ailəsinə başsağılığı veriblər, məzarını ziyarət edərək gül dəstələri düzüblər.

Əlislam Qasımov şəhid Məhəmməd Qarayevin qısa, lakin şərəfli ömür yolundan danışıb. O bildirib ki, Məhəmməd Qarayev 2018-2022-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində təhsil alıb. 2022-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Mayın 12-də Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 

Həmçinin şəhid məzunun tələbəlik illərindəki nizam-intizamı, vətənpərvərliyi və yüksək mənəvi keyfiyyətlərindən bəhs edərək, onun xatirəsinin UNEC ailəsinin yaddaşında daim yaşayacağını vurğulayıb.

TOP XƏBƏRLƏR