A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində  “EcoUNEC” təşkilatının təşəbbüsü ilə “Süni İntellektlə Yaşıl Gələcək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti, “EcoUNEC”  təşkilatının təsisçisi Afaq Hacıyeva və  tələbələr iştirak ediblər.

Tədbirdə müasir texnologiyaların, xüsusilə süni intellektin (AI) ekologiya elmindəki rolu və tətbiqi imkanları barədə geniş məlumat verilib. Texnoloji innovasiyalarla ekoloji davamlılıq anlayışları sintez edilərək, gələcəyin yaşıl iqtisadiyyatında onların vəhdətinin əhəmiyyəti vurğulanıb. Spikerlər süni intellekt alətlərinin ətraf mühitin qorunması, resursların səmərəli idarə olunması və iqlim dəyişikliyi ilə mübarizədə təklif etdiyi strateji həll yolları ətraflı izah ediblər.

Dosent Afaq Hacıyeva mövzu ilə bağlı öz elmi-praktiki təkliflərini və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb. O, tələbələrin bu sahədəki akademik fəaliyyətinin və innovativ yanaşmalarının gələcək ekoloji layihələr üçün mühüm təməl təşkil etdiyini bildirib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay