UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsində Tələbə Həftəsi çərçivəsində, fakültənin təşkilatçılığı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə intellektual yarış keçirilib.
Tələbələrin bilik və dünyagörüşünü sınayan yarışda komandalar yüksək hazırlıq, çevik düşüncə və güclü komanda ruhu nümayiş etdiriblər. Maraqlı suallar, rəqabətli anlar və pozitiv atmosfer iştirakçılara unudulmaz anlar yaşadıb.
Gərgin və həyəcanlı keçən yarışın nəticələrinə əsasən I yeri “Dejavu” komandası, II yeri “Fokus” komandası, III yeri isə “Neyron” komandası tutub.
Sonda qalib komandalara diplom və hədiyyə kuponları təqdim edilib.