Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsində tələbələr arasında sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə sağlam qidalanma, fiziki aktivliyin gündəlik həyatda rolu, zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyəti və psixoloji sağlamlığın qorunması mövzularında iştirakçılara ətraflı məlumat verilib.
Görüşdə fakültənin dekan müavini Ramal Cabbarov və UNEC İdman Klubunun məşqçi-müəllimi Siyavuş Axundov çıxış edərək sağlam həyat tərzinin gənclərin fiziki və zehni inkişafındakı əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, tələbələrin sağlam mühitdə formalaşması onların həm akademik nailiyyətlərinə, həm də sosial fəaliyyətinə müsbət təsir göstərir.
Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.