A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) növbəti maarifləndirici görüş təşkil olunub.

ISE Logistics Club və ISE TGT-nin təşkilatçılığı, mütəxəssis Fəridə Babayevanın rəhbərliyi ilə Azərbaycan avtomobil yolları Dövlət Agentliyinin Nəqliyyat departamentinin rəhbəri, eyni zamanda “Məktubdakı qadın” və “Evdəki yad” kitablarının müəllifi Mürşüd Mehdiyev tələbələrlə görüşüb.

Görüş zamanı yerli və xarici tələbələr logistika, idarəetmə və təchizat zənciri sahəsində praktiki biliklər əldə edib, dövlət qurumları ilə kommersiya şirkətlərinin fəaliyyət prinsipləri arasındakı fərqlərlə bağlı ətraflı məlumat alıblar.

Tədbir çərçivəsində tələbələr Mürşüd Mehdiyevlə risk idarəetməsi, gələcək karyera planları və təhsilin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

M.Mehdiyev çıxışında tələbələri şəxsi və peşəkar inkişaf istiqamətində daim çalışmağa təşviq edib, əmək bazarında rəqabətin yüksək olduğunu və dəyişən şərtlərə uyğunlaşmağın vacibliyini vurğulayıb. O, həmçinin süni intellektin logistika sahəsində gələcək rolundan və AI texnologiyalarının əməliyyat proseslərinə təsirindən bəhs edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay