A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “Rəqəmsal dövrdə qeyri-formal məşğulluğun leqallaşdırılması mexanizmləri” mövzusunda seminar keçirilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Təhlil və strateji planlaşdırma departamentinin təhlil şöbəsinin müdiri Mirsahib Eminov geniş təqdimatla çıxış edərək, rəqəmsallaşma şəraitində əmək bazarında baş verən transformasiya prosesləri, qeyri-formal məşğulluğun yaranma səbəbləri, elektron əmək müqaviləsi sisteminin tətbiqi, rəqəmsal monitorinq mexanizmləri və formal məşğulluğun təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, qeyri-formal məşğulluğun işçilərin sosial təminatı, pensiya hüquqları və gələcək karyera imkanları baxımından yaratdığı risklərə diqqət çəkərək, gənclərin əmək bazarına daxil olarkən hüquqi əmək münasibətlərinə üstünlük vermələrinin vacibliyini vurğulayıb.

Seminar interaktiv müzakirələrlə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb və əmək bazarında rəqəmsal transformasiya proseslərinin yaratdığı yeni çağırışlar və perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay