A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “V Proqramlaşdırma Olimpiadası” keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən fakültənin dekan müavini Ramal Cabbarov iştirakçıları salamlayaraq olimpiadanın əsas məqsədinin tələbələrin alqoritmik düşüncə, proqramlaşdırma və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi olduğunu vurğulayıb.

O bildirib ki, bu cür intellektual yarışlar tələbələrin beynəlxalq proqramlaşdırma müsabiqələrinə hazırlığında mühüm rol oynayır.

Tədbirdə “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının ixtisas rəhbəri, dosent Hilalə Cəfərova, kafedranın müəllimləri Aslan Talıbov, Asya Quliyeva, Elvin Fətəliyev, Bakı Dövlət Universitetinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının baş müəllimi Fuad Qurbanov, həmçinin Azərbaycan Texniki Universitetinin “Təhsildə informasiya texnologiyaları və metodik dəstək institutu”nun direktoru Etibar Seyidzadə iştirak ediblər.

Olimpiada fərdi formatda təşkil olunub. İştirakçılar 5 saat davam edən əsas tur müddətində proqramlaşdırma və alqoritmik düşüncə bacarıqlarını yoxlayan 12 müxtəlif tapşırıq üzərində mübarizə aparıblar. Yarış boyunca tələbələr məntiqi yanaşma, sürətli analiz və effektiv kodlaşdırma bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin sonunda yüksək nəticə göstərən iştirakçılar müvafiq qaydada mükafatlandırılıblar.

Qaliblər

I yer - Nihad Səfərzadə - İnformasiya təhlükəsizliyi ixtisası I kurs

II yer - Hüseyn Ömərov - Kompüter elmləri ixtisası I kurs

III yer - Fərman Şərifzadə - Kompüter elmləri ixtisası I kurs

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay