UNEC-in Türk Dünyası İqtisad fakültəsində 28 May – Müstəqillik Günü münasibətilə seminar keçirilib.
Seminarın əsas məqsədi tələbələrə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətçilik ənənələri və milli müstəqilliyimizin əhəmiyyəti barədə ətraflı məlumat vermək, gənclərdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsi olub.
Tədbirdə çıxış edən fakültənin dekan müavini Cavahirxanım Məmmədova 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın tarixində mühüm hadisə olduğunu vurğulayıb. Qeyd olunub ki, müstəqil dövlətçilik ənənələrinin formalaşmasında Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi rolu olub və bu zəngin irs bu gün də uğurla davam etdirilir.
Çıxış zamanı Azərbaycanın dövlət müstəqilliyinin qorunmasının, milli-mənəvi dəyərlərin gələcək nəsillərə aşılanmasının vacibliyi diqqətə çatdırılıb.
Seminar çərçivəsində tələbələrlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.