A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin açılış nitqi ilə çıxış edən fakültənin dekan müavini Ramal Cabbarov 28 May tarixinin Azərbaycan dövlətçilik tarixində mühüm yer tutduğunu vurğulayıb. O qeyd edib ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşərək xalqımızın müstəqillik arzularının gerçəkləşməsində mühüm mərhələ olub.

Daha sonra “Rəqəmsal Texnologiyalar və Tətbiqi İnformatika” kafedrasının müəllimi Aslan Talıbov çıxış edərək müstəqilliyin qorunmasında gənclərin rolundan, milli-mənəvi dəyərlərin gələcək nəsillərə aşılanmasının vacibliyindən danışıb. Çıxışlarda qeyd olunub ki, bu gün müstəqil Azərbaycan Respublikası beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirir və dövlətçilik ənənələri uğurla davam etdirilir.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, dövlət atributlarının formalaşması və istiqlal mübarizəsinin əsas simaları haqqında hazırlanmış videoçarx nümayiş etdirilib. Həmçinin tələbələr tərəfindən mövzu ilə bağlı təqdimatlar edilib, fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay