A

UNEC-in Biznes və menecment fakültəsində 28 May – Müstəqillik Günü münasibətilə professor-müəllim heyəti və tələbələrin iştirakı ilə təntənəli tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Biznes və menecment fakültəsinin dekan müavini, dosent Elbrus Əkbərov iştirakçıları əlamətdar gün münasibətilə təbrik edərək, 28 May tarixinin Azərbaycan xalqının şanlı dövlətçilik tarixində xüsusi yer tutduğunu vurğulayıb. O, müstəqilliyimizin qorunması və gələcək nəsillərə ötürülməsində gənclərin mühüm rolundan bəhs edib.

Tədbirdə əsas məruzəçi qismində çıxış edən “Biznes və logistika” kafedrasının müdiri, dosent Məhəmməd Əliyev 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli inkişaf yolundan danışıb. Bildirib ki, həmin dövrdə formalaşan milli dövlətçilik ənənələri bu gün müstəqil Azərbaycanın inkişafında mühüm təməl rolunu oynayır.

Dosent Məhəmməd Əliyev çıxışında milli birliyin və dövlətçilik ideologiyasının əhəmiyyətini xüsusi vurğulayaraq, Azərbaycan xalqının hər zaman öz suverenliyi ətrafında sıx birləşdiyini qeyd edib.

Sonda tədbir iştirakçılarının mövzu ətrafında çıxışları dinlənilib, vətənpərvərlik ruhunda səsləndirilən fikirlərlə tədbir uğurla başa çatıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay