A

UNEC Xarici Dillər departamentinin nəzdində fəaliyyət göstərən Xarici Dillərin Tədrisi Mərkəzində, Ümumi FənlərinTədrisinin Təşkili Departamentinin kafedralarında 28 May – Müstəqillik Günü münasibətilə xüsusi dərslər təşkil olunub.

Keçirilən dərslərin məqsədi tələbələrin xarici dil biliklərini təkmilləşdirməklə yanaşı, onlarda vətənpərvərlik ruhunun, milli kimlik və dövlətçilik dəyərlərinin daha da gücləndirilməsi olub.

Dərslər zamanı müəllimlər və tələbələr Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, ölkəmizin müstəqillik yolu və milli dəyərlərimiz barədə xarici dillərdə müzakirələr aparıblar. Tələbələr mövzu ilə bağlı təqdimatlarla çıxış edib, fikir mübadiləsində iştirak edərək həm dil bacarıqlarını, həm də tarixi biliklərini inkişaf etdirmək imkanı qazanıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay