UNEC Rus İqtisad Məktəbinin nəzdində fəaliyyət göstərən “Tətbiqi iqtisadiyyat” kafedrasının təşəbbüsü ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən kafedra müdiri, dosent Sevinc Abbasova 28 May tarixinin Azərbaycan xalqının milli dövlətçilik tarixində xüsusi yer tutduğunu vurğulayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika kimi mühüm tarixi missiya həyata keçirdiyini bildirib, müasir Azərbaycanın həmin dövlətçilik ənənələrinin uğurlu davamçısı olduğunu qeyd edib.
Sevinc Abbasova çıxışında müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə qazandığı nüfuzdan, ölkənin siyasi, iqtisadi və sosial inkişaf istiqamətində əldə etdiyi uğurlardan bəhs edib.
Dəyirmi masada iştirak edən müəllim və tələbələr də çıxış edərək, müstəqil dövlətə sahib olmağın xalqımız üçün böyük tarixi nailiyyət olduğunu bildiriblər. Çıxışlarda milli birlik, dövlətçilik dəyərləri və vətənpərvərlik ruhunun qorunmasının vacibliyi xüsusi vurğulanıb.