A

UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsində “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında təhsilalanların vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı”na uyğun olaraq seminar keçirilib.

Seminarda “Maliyyə və audit” kafedrasının dosenti Zöhrab Paşayev çıxış edərək vergi siyasətinin dövlətin iqtisadi və sosial inkişafında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, vergi siyasəti dövlətin iqtisadi və sosial məqsədlərinə nail olmaq üçün tətbiq etdiyi vergi tədbirləri və qaydalarının məcmusudur. Bu siyasət vasitəsilə dövlət büdcə gəlirlərini formalaşdırır, iqtisadi inkişafı stimullaşdırır və cəmiyyətdə sosial balansın qorunmasına xidmət edir.

Seminar zamanı vergi siyasətinin sosial ədalətin təmin olunmasındakı rolu da vurğulanıb. Bildirilib ki, vergi gəlirləri təhsil, səhiyyə, infrastruktur və sosial müdafiə sahələrinin maliyyələşdirilməsinə yönəldilir ki, bu da vətəndaşların rifah səviyyəsinin yüksəlməsinə töhfə verir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay