A

UNEC ilə “Baker Tilly Audit Azərbaycan” QSC arasında birgə elmi-praktiki fəaliyyətin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında 05 noyabr 2025-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində “Maliyyə və mühasibat” fakültəsində “Auditoriyada müəllim var” layihəsi üzrə “İkiqat vergitutma və onun aradan qaldırılması: DTA formaları” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, universitet-biznes əməkdaşlığının ali təhsildə tətbiqyönümlü yanaşmanın gücləndirilməsi və tələbələrin vergi-maliyyə sahəsində peşəkar kompetensiyalarının inkişafı baxımından strateji əhəmiyyət daşıdığını vurğulayaraq, beynəlxalq vergitutma mühitində aktuallıq kəsb edən ikiqat vergitutmanın aradan qaldırılması mexanizmlərinin və DTA formalarının mənimsənilməsinin tələbələrin analitik düşünmə bacarıqlarının formalaşdırılması və qlobal vergi praktikasına inteqrasiyası üçün mühüm olduğunu qeyd edib.

“Baker Tilly Audit Azərbaycan” şirkətinin vergi və hüquq üzrə meneceri Pərvin Musazadə çıxış edərək ikiqat vergitutmanın beynəlxalq vergi hüququ sistemində mahiyyətini və tətbiq mexanizmlərini ətraflı izah edib, DTA (Double Taxation Agreement) formalarının doldurulması və tətbiqi qaydalarını praktik nümunələr əsasında şərh edib, həmçinin rezidentlik prinsipi, gəlir mənbəyi konsepsiyası və vergi kreditləşməsi kimi fundamental yanaşmaların transsərhəd əməliyyatlarda vergi yükünün optimallaşdırılmasına təsirini vurğulayaraq, beynəlxalq vergi sazişlərinin düzgün tətbiqinin şirkətlərin vergi risklərinin azaldılması və uyğunluq səviyyəsinin artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay