A

UNEC tələbəsinin elmi məqaləsi Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) elmi jurnalında dərc olunub.

Rus İqtisad Məktəbində dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Şəhla Qocayevanın yazdığı elmi məqalə “Təhsilin keyfiyyətinin artırılması əmək bazarına uğurlu inteqrasiyanın əsas amili kimi” (Повышение образования как основа успешной интеграции на рынок труда) mövzusunda olub. UNEC tələbəsi MDHİU-nun “Via scientiarum” (Bilik yolu) adlı elmi jurnalında dərc olunan məqaləsində insan resurslarının əmək bazarına inteqrasiyasında təhsilin rolunu tədqiq edib. Ş.Qocayevanın araşdırdığı tədqiqat işinə “İqtisadiyyat” (rus dilində) kafedrasının dosenti Sevər Məmmədova rəhbərlik edib.

Qeyd edək ki, UNEC-lə MDHİU arasında müəllim-tələbə mübadiləsi, birgə tədqiqatların aparılması, elmi məqalələrin hazırlanması barədə razılaşma imzalanıb.

TOP XƏBƏRLƏR