UNEC-in Rus İqtisad Məktəbində (RİM) “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin nümayəndəliyi fəaliyyətə başlayıb.
Tələbələrlə görüşdə birliyin UNEC nümayəndəliyinin sədri, Türk Dünyası İşlətmə Fakültəsinin III kurs tələbəsi Şahin Həsənov bildirib ki, 2015-ci ildən fəaliyyət göstərən “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi təhsilin inkişafı və gənclərin xaricdə təhsil alması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ edir. Eyni zamanda, tələbələr arasında əməkdaşlığı və təcrübə mübadiləsini təşviq etmək və gənclərin yaradıcı potensialının inkişafına dəstək məqsədi daşıyır. Birliyin daha bir missiyası isə elmi araşdırmalar aparmaq, müxtəlif kurs və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etməkdir.
Görüşdə tələbə Adnan Nəcəfov birliyin RİM nümayəndəliyinin sədri seçilib.