×

Предупреждение

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Не удаётся удалить каталог. Путь: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC tələbələrinin təcrübəsi uğurla davam edir.

Əmtəəşünaslıq fakültəsində istehlak mallarının ekspertizası ixtisası üzrə təhsil alan 42 tələbə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində təcrübə keçir.

Təcrübə zamanı tələbələr “Sənədlərin texniki ekspertizası” şöbəsində kitab, qiymətli kağız, möhür və saxtalaşdırılmış digər sənədlərin ekspertizasında iştirak ediblər. “Bioloji ekspertiza” və “Fiziki-kimyəvi ekspertiza” şöbələrində isə ət məhsulları və lifli materiallar üzərində aparılan ekspertizalarla tanış olublar. Tələbələr təcrübələrini Ədliyyə Nazirliyinin Elmi-tədqiqat və metodik iş şöbəsinin rəisi Hümmət Vəliyev və şöbənin məsləhətçisi Rəşad İsayevin rəhbərliyi ilə Əmtəəşünaslıq şöbəsində davam etdirirlər.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində UNEC-də 3102 bakalavr ixtisas, 660 magistr isə elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsinə cəlb edilib. UNEC-in Təcrübənin təşkili şöbəsi bakalavr və magistrlər üçün ölkənin 538 nüfuzlu müəssisəsində təcrübə keçmək imkanı yaradıb. Bu tədris ilindən UNEC-də bakalavrların təcrübəsinin təşkili yeni qaydalar əsasında aparılır. Belə ki, ötən tədris illərində bakalavrlar üçün təcrübə müddəti 40 gün nəzərdə tutulurdusa, bu tədris ilindən onların təcrübə saatları artırılaraq 14 həftə olub. Bu yenilik təbələbələrin praktiki biliklərini artırmaqla yanaşı, onlara ixtisaslarına uyğun sahədə daha yaxşı mütəxəssis kimi yetişmək imkanı yaradacaq.

TOP XƏBƏRLƏR