A

“Enactus UNEC” komandasının üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan ekoyürüşdə iştirak edib.

Balaxanı Sənaye Parkının rezidenti olan “AzEkol” MMC və “Enactus Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən yürüşdə Sulutəpə ərazisində yerləşən meşəlik zonasından 300 kq plastik və polietilen məmulatlar toplanılaraq, təkrar emal üçün təqdim olunub.

Yürüş iştirakçılarına ekologiyanın mühafizəsi, biomüxtəlifliyin qorunması, təbii landşaftın toxunulmazlığı, istehsalatla bağlı çirkləndirilmə, tullantıların idarə olunması və s. haqqında ətraflı məlumat verilib. Ekoloji aksiyanın davamlı olaraq keçirilməsi nəzərdə tutulub.

TOP XƏBƏRLƏR