A

İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin (ITD) və “Business x” komandasının təşkilatçılığı ilə “Boomerang” adlı möhtəşəm xeyriyyə tədbiri keçirilmişdir.

Layihənin məqsədi gənclərin şəxsi biznes və karyera quruculuğuna dəstək olmaqdır. Layihə çərçivəsində biznes mühitində çalışan peşəkarlar gənclərə lazımi məlumatlar və tövsiyyələr verirlər.

Tədbir ərzində Həlimə Qəmərlinskaya “Komanda idarəçiliyi və liderlik”, Xəqani Bəşirov “Şirkətlərdə HR sisteminin qurulması”, Xəqani Səfərov “HR karyerasının qurulması”, Rasim Adjalov “Karyera planlaması”,  Pərviz Əzimov “Digital Marketing”, Kamran Abdullayev “Biznesdə manipulyasiya” mövzularında çıxışları böyük maraqla qarşılandı.

Təlimə əyləncə qatmaq məqsədi ilə maraqlı oyunlar, müsabiqələr keçirdildi. Qaliblərə “Mazarina” MMC, “Ovod” Kitab evi, “Simurq travel” MMC, “Upper education” mərkəzi tərəfindən dəyərli hədiyyələr təqdim olundu.

Tədbirdə UNEC-in Karyera mərkəzinin direktoru Ramil Cabbarov , Tələbə-rektor Elmir Sadıqov,  İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin sədri Adnan Nəcəfov və üzvlər Şahin Abbaslı, Ləman Abbaslı, İbrahim Namazov iştrak ediblər. Tədbirdə ümumilikdə 250-dən çox iştirakçı, təlimçi və tərəfdaş iştirak etdi.

Layihə müddətində 150-dən çox bilet satılmışdır. Əldə olunan vəsait Neyroblastoma xəstəliyindən əziyyət çəkən 6 yaşlı Şəmsin muayinəsi üçün valideynlərinə təhvil verilmişdir.

TOP XƏBƏRLƏR