A

İqtisadiyyat fakültəsi mentorluğunun təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə iki aztəminatlı ailəyə yardım göstərilmişdir.

“Xarici dillər” kafedrasının müəllimi, “Sənayenin təşkili və idarə edilməsi” ixtisaslı qrupun mentoru Könül Qocayeva və 171 saylı qrup tələbələrinin təşəbbüsü ilə imkansız ailələrə yardım kampaniyası çərçivəsində iki aztəminatlı ailəyə yardım göstərilmişdir. Müəllim və tələbələr toplanılan ianələrlə imkansız ailələrin evində qonaq olmuş, müxtəlif ərzaq məhsulları, hədiyyələrdən ibarət bayram sovqatlarını aztəminatlı ailələrə çatdırmışlar.

TOP XƏBƏRLƏR