Distant, qiyabi və əlavə təhsil mərkəzində Qiyabi təhsil şöbəsinin birinci kursuna qəbul olunmuş tələbələrlə mərkəz direktoru Səbuhi Tanrıverdiyevin görüşü keçirilmişdir.
Görüşdə yeni qəbul olmuş 1-ci kurs tələbələri üçün kredit sisteminin mahiyyəti və kredit sistemi, onun təşkili qaydaları geniş izah edilmiş, UNEC-də qiyabi təhsil formasında tədris prosesinin təşkili, məşğələ-mühazirə və imtahan sessiyaları ilə bağlı zəruri məlumatlar verilmiş, tələbələri narahat edən bütün suallar mərkəz direktoru tərəfindən cavablandırılmışdır.
Görüşün sonunda 1-ci kurs tələbələrinə tələbə biletləri təqdim edilmişdir. Qeyd edək ki, qiyabi təhsil şöbəsinin 1 və 2-ci kurs tələbələrinin payız sessiyası 10 yanvar tarixindən, digər kursların mühazirə-məşğələ sessiyası isə 7 yanvar tarxindən başlanmışdır.