A

VTB Bankın Azərbaycan nümayəndəliyinin bankdankənar kanallar şöbəsinin müdiri Rasim Xamedov və Satışların inzibatçılığı və şəbəkənin inkişafı şöbəsinin müdiri Elmar İbrahimov UNEC Rus İqtisad Məktəbinin qonaqları olublar.

İşgüzar görüş zamanı UNEC RIM direktoru dos Mənsur Bərxudarov, direktor müavini, prof. Elşad Məmmədov, UNEC-in doktorantı Esmira Əhmədova və UNEC RİM mütəxəssisi Vüsal Abasov qonaqlarla ikitərəfli əməkdaşlıq barədə müzakirə aparıblar.

Müzakirənin gündəliyində VTB bank mütəxəssislərinin UNEC tələbələri və əməkdaşları üçün təlimlərin keçirilməsi, birgə elmi-praktiki tədbirlərin keçirilməsi, UNEC tələbələrinin bankda istehsalat təcrübəsinin keçirilməsi və digər məsələlər yer almışdır. Məhsuldar keçən görüşün sonunda ikitərəfli razılaşmalar əldə olunub. Yaxın gələcəkdə iki struktur arasında birgə layihələrin keçirilməsi gözlənilir.

TOP XƏBƏRLƏR