A

İqtisadiyyat fakültəsi Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən “İqtisadçı” tələbə elmi dərnəyinin təşkilatçılığı ilə “Elmi məqaləni necə yazmalı?” adlı təlim keçirilmişdir.

UNEC-in iqtisad üzrə fəlsəfə doktoru, dosent Emin Qəriblinin təqdimatında keçirilən təlim seminarda universitetin bütün fakültələrindən olan tələbələrinə elmi məqalə yazmağın qaydaları, metodları, elmi məqalələrin strukturu haqqında məlumat verilmişdir. Həmçinin tələbələr akademik elmi bazalara daxil edilən indeksli jurnallarda məqalə nəşr etdirmək haqqında məlumatlandırılmışdır.

TOP XƏBƏRLƏR