A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əcnəbi tələbələrin iştirakı ilə Milli Mətbəx festivalı keçirilib.

Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova UNEC-in əcnəbi tələbələrinin universitetin sosial həyatına inteqrasiyası istiqamətində görülən işlərdən söz açıb. Prorektor əcnəbi tələbələrin təmsil etdikləri ölkələrin tarixinin, mədəniyyətinin, mətbəxinin tanıdılması baxımdan festivalın böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sənnur Əliyev UNEC-də təhsil alan əcnəbi tələbələr barədə məlumat verib. Bildirib ki, UNEC-də 20-yə yaxın ölkədən 245 nəfər əcnəbi bakalavr, magistr və doktorant təhsil alır. O, UNEC-də əcnəbi tələbənin təşəbbüsü ilə ödənişsiz “Danışıq klubu”nun (Conversation club) da fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Əfqanıstan vətəndaşı olan, Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi, UNEC-in əcnəbi tələbə klubunun rəhbəri Muqader Vazeri universitetdə yerli və əcnəbi tələbələr arasında sosial inteqrasiyasının yüksək səviyyədə təşkil edildiyindən danışıb. Festivalın keçirilməsinin bu münasibətlərin daha da inkişaf etdirilməsində mühüm rol oynadığını vurğulayıb.

Festivalda UNEC-in əcnəbi tələbələri təmsil etdikləri ölkələrin milli mətbəxinə aid yeməklər hazırlayaraq təqdim ediblər.  Əcnəbilərin milli geyimlərdə təqdim etdikləri təamlar müəllim və tələbələr tərəfindən maraqla qarşılanıb. Festival əcnəbi və yerli tələbələrin, müəllimlərin “Yallı” sədaları altında birgə rəqsi ilə davam edib.

TOP XƏBƏRLƏR