A

Gənc nəslin sağlam ruhda, müasir cəmiyyətə əsl ziyalı kimi tərbiyəsində kitabların rolu böyükdür, danılmazdır. Müqəddəs kitabımız Quranda elmə və təhsilə verilən yüksək dəyər, Quranda yer alan elmi həqiqətlər mövzusunda UNEC-in 24/7 kitabxanasında “Qurani-Kərim” kitabı. Quranda Elm və Təhsil” maarifləndirici tədbiri keçirilib.

Tədbirdə UNEC-in 24/7 Kitabxanasının müdiri bu tədbirə dəvətimizi qəbul edib gəldiyi üçün BDU Şərqşünaslıq fakültəsinin professoru Nəsrulla Məmmədova təşəkkürünü bildirərək, qoyulan mövzunun hələ elanlar gedəndə belə xüsusi maraqla qarşılandığını bir daha vurğulayıb. Professor N.Məmmədov Qurani-Kərimdə elmə verilən önəm barədə, Quran kitabının hazırlanması, kitab halına salınması və s.haqqında çıxış edərək, yeni çapdan çıxmış kitablarını UNEC kitabxanasına hədiyyə edib. 

Tədbirdə “Humanitar fənlər” kafedrasının müəllimi, UNEC Gənc Müəllimlər Şurasının İdarə heyətinin üzvü Cəmilə Həsənova Quran kitabının yaranma tarixi, İslamda elmə və alimlərə qoyulan qiymət haqqında danışıb. UNEC-in İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Aynur Osmanlı tədbir üçün hazırladığı “Quranın təhsilə və elmə verdiyi dəyər” adlı məruzə ilə çıxış edib. UNEC 24/7 kitabxanasında “Qurani-Kərim” kitabı. Quranda Elm və Təhsil” mövzusunda Cəmilə Həsənovanın mentor qrupu olan 178-179 qrupun tələbələri və dəvətli qonaqların fəal iştirakı və təşkil edilmiş kitab sərgisi ilə yadda qalıb.

TOP XƏBƏRLƏR