UNEC-in İqtisadiyyat fakültəsində “Ətraf mühitin mühafizəsi üzrə dövlət təminatı və onun hüquqi tənzimlənməsi” mövzusunda tədbir keçirilib.
Tədbir “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının baş müəllimi, “Yaşıl Dünya” dərnəyinin rəhbəri Afaq Hacıyeva və “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi, “Law at UNEC” dərnəyinin rəhbəri Ərəbiyyə Mustafayevanın birgə təşkilatçılığı ilə keçirilib.
İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev və “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov mövzunun aktuallığından danışıblar. Ətraf mühitin mühafizəsi üzrə tətbiq olunan dövlət proqramlarının tətbiqindən və əhəmiyyətindən söz açıblar.
Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Ramin Qocayev ətraf mühitin mühafizəsini tənzimləyən normativ hüquqi aktlar, ekoloji hüquq pozuntuları və bu sahədə tətbiq olunan sanksiyalar barədə ətraflı məlumat verib.
“Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının dosenti Adik Məmmədov ətraf mühitin çirklənməsi və ekoloji tarazlığın pozulmasında insan faktorundan danışaraq, mühüm rol oynadığını bildirib.
Sonda tələbələri maraqlandıran suallarını cavablandırıb.