A

UNEC-də “Sosial layihələr” müsabiqəsinin təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə keçirilən təqdimatın məqsədi vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması olub.

UNEC-in  Texnologiya transfer şöbəsinin müdiri Vəkil İbrahimov Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İB-nin ölkədə elm, təhsil, səhiyyə, sosial və  digər sahələrdə həyata keçirdiyi layihələr barədə məlumat verib,  tələbələri müsabiqədə fəal iştirak etməyə dəvət edib.

“Sosial layihələr” müsabiqəsinin rəhbəri Şahin Seyidzadə müsabiqənin məqsədi, şərtləri, müraciət qaydaları, qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər, layihənin əhatə etdiyi mövzular barədə danışıb. Müsabiqəyə təqdim olunan layihələrin cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, həyat və sağlamlığının qorunmasına, elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə, təbiət və ətraf mühitin mühafizəsinə, cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına və bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri əhatə etdiyini bildirib.

Müsabiqəyə layihələrin qəbulu 20 noyabr 2019-cu il tarixinədək davam edəcək. Qeydiyyat http://musabiqe.riib.az/ elektron sistemi vasitəsi ilə onlayn qaydada həyata keçirilir. Müsabiqə barədə riib.az saytından, “150” çağrı mərkəzi və “Sosial layihələr” müsabiqəsinin rəsmi  facebook və instagram səhifələri vasitəsi ilə ətraflı məlumat əldə etmək olar.

Facebook:   

Instagram:        

TOP XƏBƏRLƏR