UNEC-də 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası davam edir.
Biznes və menecment fakültəsinin birinci kurs tələbələrinin valideynləri imtahan prosesini izləmək məqsədilə universitetdə olublar. Valideynlər imtahanların təşkili və tələbələrə yaradılan şəraitlə tanış olduqdan sonra UNEC-də infoturda olublar. Onlar auditoriyalar, oxu zalı, kitabxana, dekanlıq, idman zalı, şahmat klubu, akt zalı, qərargah otağına baxış keçiriblər. Eyni zamanda UNEC-də tədbiq olunan elektron universitet modeli ilə də maraqlanıblar. Mentorlar elektron universitet modelinin işləmə mexanizmi və tətbiqinin səmərəliliyi barədə valideynlərə məlumat veriblər.
Sonra valideynlər fakültə dekanı, dosent Mirağa Əhmədovla görüşüblər. Görüşdə valideynlər qış imtahan sessiyasının mütəşəkkil, obyektiv və şəffaf təşkilindən məmnunluqlarını ifadə ediblər. Övladlarının UNEC-də təhsil almalarından qürur duyduqlarını bildiriblər. Mirağa Əhmədov valideyn-universitet əlaqələrinin əhəmiyyətindən danışaraq, gələcəkdə bu prosesin daha da genişləndiriləcəyini bildirib. M.Əhmədov onu da qeyd edib ki, UNEC-dəki sağlam təhsil mühiti dövlətimizin inkişafı naminə ləyaqətli, vicdanlı və savadlı gənc kadr potensialının hazırlanması üçün böyük imkanlar yaradır.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.