A

UNEC-in tələbələri üçün 2019/2020-ci tədris ilinin istehsalat təcrübəsinə başlanılıb.

Tədris planına uyğun olaraq, UNEC-də 23 ixtisas üzrə 3287 nəfər bakalavr, 18 ixtisas üzrə 636 magistrant, ümumilikdə isə 3923 tələbə ölkənin müxtəlif  müəssisə və təşkilatlarında fevralın 15-dən mayın 24-dək  istehsalat təcrübəsində olacaqlar.

Əyani təhsil üzrə 2876, qiyabi təhsil üzrə 403 tələbənin istehsalat təcrübəsi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi üzrə 474, Magistratura Mərkəzi üzrə 162 magistrantın elmi-pedaqoji və elmi-tədqiqat təcrübələri keçmələri nəzərdə tutulub.

Tələbələrin istehsalat təcrübəsinə rəhbərlik etmək üçün ixtisas kafedraları tərəfindən təcrübə rəhbərləri təyin edilib.

İstehsalat təcrübəsinin səmərəli təşkili üçün UNEC ilə ölkənin 1300 aparıcı dövlət müəssisəsi və təşkilatları arasında müqavilə imzalanıb. Tələbələrin Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, SOCAR, Ticarət Sənaye Palatası, Auditorlar Palatası, Dövlət Statistika Komitəsi, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, AMEA, Prezident yanında Vətəndaşlara və Sosial İnnovasiya üzrə Dövlət Agentliyi, Bakı Tikiş Evi ASC, Rabitəbank ASC, Xalqbank ASC, Kapitalbank ASC, Yapı Kredi Bank QSC, Sumqayıt Gilan Holdinq, Bank of Baku ASC, “Azərpoçt” MMC, “Azərsu” ASC, Milli Depozit Mərkəzi, “Azərişıq”ASC, “Aqrarkredit” QSC, “Azərbaycan Dəmir Yolları” QSC və digər dövlət qurumları, həmçinin aparıcı şirkətlərdə təcrübə keçməsi müəyyənləşdirilib.

TOP XƏBƏRLƏR