UNEC-in SABAH qruplarının tələbəsi Rusiyanin Maliyyə Universitetinin təşkil etdiyi onlayn beynəlxalq konfransda iştirak edib.
Rusiyanin Maliyyə Universitetinin Sankt Peterburq filialının təşkilatçılığı ilə “Современные вызовы экономики и систем управления в России в условиях многополярного мира” mövzusunda keçirilən konfransda Azərbaycan, Belarusiya, Moldova, Qazaxıstan və Rusiya universitetlərindən 43 tələbə və magistrin iştirak edib.
UNEC-in SABAH qruplarının maliyyə ixtisasının 4-cü kurs tələbəsi Mahir Nəsibli konfransda “Особенности расчётно-кассовых операций коммерческих банков на современном этапе” mövzusu ilə çıxış edib. Tələbə məruzəsində bankların hesablaşma kassa və nağdsız ödəniş sistemlərinin müasir standartlara cavab verən elektron ödəniş əməliyyatlarının yaradılması, onların sabit və fasiləsiz istifadəsinin təşkil edilməsi, beynəlxalq aləmdə bu istiqamətdə baş verən meyllər nəzərə alınmaqla daim inkişaf etdirilməsi və təkmilləşdirilməsdən danışıb.
Tələbənin elmi rəhbəri UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının professoru Elnur Sadıqov da konfransda iştirak edərək mövzunun aktualllığı barədə məlumat verib.
Konfransın təşkilat komitəsi tərəfindən Mahir Nəsibliyə sertifikat, elmi rəhbərə isə təşəkkürnamə təqdim edilib.