A

UNEC tələbələri “Vətən Sağ Olsun-3" Xüsusi Tapşırıq hərbi vətənpərvərlik layihəsində iştirak edirlər.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və “M.Z. Production"un təşkilatçılığı ilə keçirilən layihənin məqsədi gənclər arasında hərbi vətənpərvərlik hissinin daha da yüksəldilməsi və təbliğidir.

Layihə çərçivəsində gənclər arasında müsabiqədə UNEC-in 2 tələbəsi seçilərək, yarımaşda iştirak etmək hüququ qazanıb. Biznes və menecment fakültəsinin III kurs tələbəsi, İqtisadçı Vətənpərvərlər Təşkilatının üzvü Hüseyn Hüseynli və Maliyyə və mühasibat fakültəsinin II kurs tələbəsi Akif Əzizov “N” saylı hərbi hissədə keçirilən yarışmada hərbi bacarıqlarını nümayiş etdirərək qələbə uğrunda mübarizə aparırlar.

Yarışma hər həftənin şənbə günü İctimai TV-də saat 11:15-də yayımlanır.

Hüseyn Hüsenyli İctimai TV-də yayımlanan Müasir Azərbaycan Gənci MAG proqramının da qonağı olub

VİDEO

TOP XƏBƏRLƏR