A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 20 Yanvar hadisələrinin 31-ci il dönümü ilə əlaqədar I kurs qiyabi şöbə tələbələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Kollecin direktoru dos. Oruc Məmmədov tədbirdə çıxış edərək 20 Yanvar hadisələri zamanı törədilən cinayətlərdən danışıb, ümummilli lider Heydər Əliyevin bu qanlı əməliyyata kəskin etirazı barədə ətradlı məlumat verib. Həmçinin, zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirmiş Müzəffər Azərbaycan Ordusunun şücaətindən, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik nümunəsindən bəhs edib.

Kollecin müəllimi Mahal Zeynalova 20 Yanvar hadisələrinə dair geniş təqdimatla çıxış edərək, həmin dövrdə baş verən hadisələri şərh edib.

UNEC rektorunun kollec üzrə məsləhətçisi prof. Nuru Mikayılov, kollecin tərbiyə işləri üzrə direktor müavini, t.f.d. Murad Muradov, həmkarlar ittifaqının sədri Alı Əliyev 20 Yanvar hadisələrinin xalqımıza vurduğu zərərdən, müqəddəs şəhidlərimizin qəhrəmanlıq nümunəsindən danışıblar.

Sonda 20 Yanvar hadisələrinin həsr edilmiş videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR