UNEC-in nəzdində Sosial-İqtisadi Kollecində 27 sentyabr - Anım Gününə həsr olunan tədbir kecirilib.
Tədbirdən öncə kollecin kollektivi Sabunçu rayonundakı Şəhidlər Xiyabanını edərək şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər, məzarları önünə gül dəstələri düzüblər.
Sonra tədbir kollecdə davam edib. Kollecin direktoru Vidadi Orucov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən söz açıb. Xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini, 30 illik Vətən həsrətinə son qoyulduğunu diqqətə çatdırıb.
V.Orucov Vətən müharibəsində kollecin şəhid tələbələri və qaziləri haqqında danışaraq, qəhrəman oğullarımızla fəxr etdiyini deyib, onların valideynlərinə belə igid övladlar böyütdükləri ücün minnətdarılığını bildirib.
Kollecin tarix müəllimi Qələndər Muxtarlı, 1-ci Qarabağ müaribəsi iştirakcısı Eldəniz Əbdülov, hüquq müəllimi Eynulla Musayev və YAP-nın ilk ərazi təşkilatının sədri Natiq Musayev çıxış edərək zəfər yolundan, müzəffər ordumuzun qəhrəmanlığından, xalqımızın əzmindən, Ali Baş Komandanımızın dəmir iradəsindən söhbət açıblar.
Sonda kollecin tələbələri Fatimə Novruzova və Ləman Niftəliyeva şeirlər səsləndiriblər.