Oktyabrın 28-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, UNEC məzunu Nofəl Quliyevin şəhadətə ucalmasının bir ili tamam olub.
Şəhidin anım mərasimi Gədəbəy rayonunun Qoşabulaq kəndində qeyd edilib. Mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, UNEC-in Mühəndislik fakultəsinin dekanı Elçin Səmədov, dosent Gəray Mirzəyev, THİK-in fakültə sədri Rövşən Kərimov da iştirak ediblər.
UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklik qoyublar və gül dəstələri düzüblər.
Allah rəhmət eləsin!