A

UNEC-də Xocalı soyqırımınını30-cu ildönümünə həsr olunan tədbirlər keçirilir.

Biznes və menecment fakültəsində TGT-nin dəstəyi ilə təşkil olunan tədbir “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşkilat kampaniyası çərçivəsində baş tutub. Tədbirdə UNEC-in prorektoru dosent Səadət Qəndilova, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının nümayəndəsi Cəbrayıl Fərzəliyev, ATGTİ-nin baş katibi Orduxan Qəhrəmanzadə, Xocalı faciəsinin canlı şahidləri çıxış ediblər.

Çıxış edənlər Xocalı soyqırımından və erməni işğalının ağır nəticələrindən danışıblar. Bir sıra dövlətlərin parlamentlərinın Xocalı faciəsini rəsmi şəkildə soyqırımı kimi tanımasına və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənilməsinə nail olunduğunu, Niderland, Almaniya, Türkiyə, Meksika, Bosniya və Hersoqovinada soyqırımı qurbanlarının xatirəsinə memorial kompleks və abidələr ucaldıldığını bildiriblər. Həmçinin Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində həyata keçirilən müxtəlif təbliğat və maarifləndirmə tədbirləri barədə məlumatları diqqətə çatdırıblar.

Türk Dünyası İqtisad Fakültəsində də TGT-nın təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunan “Heç vaxt unudulmayacaq” adlı tədbir keçirilib. Tədbirdə fakültə dekanı prof.dr.Mehmet Yüce və dekan müavini Cavahirxanım Məmmədova iştirakçılara Xocalı soyqırımı barədə məlumat veriblər. 

TOP XƏBƏRLƏR