UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
UNEC THİK sədri İlkan Əliyev tədbiri açıq elan edərək, sözü tələbələrlə iş üzrə prorektor dosnet Səadət Qəndilovaya verib. Prorektor xanım tələbələri bayram münasibətilə təbrik edərək, qadın hüquq və azadlıqları, ölkənin bu sahədə tutduğu siyasi mövqeyi və həyata keçirdiyi dövlət proqramları, qadınların ölkənin ictimai-siyasi həyatında və gələcək nəslin tərbiyəsində misilsiz rolundan danışıb. Ulu öndər Heydər Əliyevin banisi olduğu dövlət qadın siyasətindən söz açan prorektor, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda xanımların misilsiz xidmətlərinin olduğunu vurğulayıb.
Tədbirdə THİK-in fəal xanım tələbələri “Təşəkkürnamə” ilə təltif edilib.