A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinə sədr seçkisi keçirilib.

Tədbirdə UNEC-in Tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova, birliyin təsisçisi, UNEC məzunu Səməd Rzazadə, tələbə rektor Cabbar Cəlilov, UNEC Tələbə Həmkarlar İttifaqının sədri İlkan Əliyev və birliyin idarə heyətinin üzvləri iştirak ediblər.

Prorektor dosent Səadət Qəndilova və İctimai Birliyin təsisçisi Səməd Rzazadə təşkilatın fəaliyyəti, gördüyü işlər barədə çıxış ediblər.

Çıxışlardan sonra İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin UNEC nümayəndəliyinə yeni sədr seçkiləri keçirilib. Sədrliyə namizədlərin platformaları dinlənildikdən sonra, səsvermə aparılıb. Biznes və menecment fakültəsinin II kurs tələbəsi Ruhlan Əbülfəzzadə səs çoxluğu ilə İTD-nin yeni sədri seçilib.

Ruhlan Əbülfəzzadəni təbrik edirik, ona yeni fəaliyyətində uğurlar arzulayırıq! 

TOP XƏBƏRLƏR