A

Maliyyə və mühasibat fakültəsində “Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emalı” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Fakültənin dekanı Hafis Hacıyev bərk məişət tullantılarının idarə edilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri barədə məlumat verərək, bu sahədə maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən danışıb.

“Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının baş müəllimi Afaq Hacıyeva tədbirdə “Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emalı” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda bərk məişət tullantılarının ətraf mühitə mənfi təsirlərin azaldılması üçün onların yığılması, daşınması, təkrar emalı və zərərsizləşdirilməsi istiqamətində görülən işlərdən, gələcək perspektivlərdən bəhs olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR