UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinə virtual ziyarət təşkil olunub.
Memorial Kompleksdə kollecin kollektivinə Quba soyqırımı barədə ətraflı məlumat verilib və eksponatlar, tarixi faktlar göstərilib.
Sonra Kollecin akt zalında 31 Mart - Azərbaycanlıların Soyqırımına həsr olunmuş “Əsrin cinayəti” adlı tədbir keçirilib.
Kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov çıxış edərək,ermənilərin soyqırım və deportasiya siyasətinin tariximizdə yaddaqalan ən dəhşətli qanlı hadisələrdən olduğunu deyib.
Kollecin İctimai fənlər FBK-nın sədri Qələndər Muxtarlı, tarix müəllimi Səadət Mərdanova mart hadisələrinin tarixindən və faciəli nəticələrindən danışıblar.
Tədbir “Mart soyqırımı” adlı videoçarxın nümayişi ilə davam edib.