A

10 may Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsinin şəhidi Hüseyn Muradovun doğum günüdür, yaşasaydı 28 yaşı olacaqdı.

Nizami rayonu Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, ictimaiyyət nümayəndələri və UNEC-in kollektivi iştirak edib.

İqtisadiyyat fakültəsinin dekanı dosent Elçin Eyvazov, dekan müavinləri, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və tələbələr şəhidin məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.

Hüseyn Muradov 1994-cü ilin mayın 10 -da Saatlı rayonunun Cəfərxan kəndində anadan olub. Orta məktəbi Bakıda bitirdikdən sonra 2011-2015-ci illərdə UNEC-in Ümumi iqtisadiyyat fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra 2015-ci ildə Murovdağda hərbi xidmətdə olub. 2016-cı il Aprel döyüşlərində iştirak edib. Sentyabrın 21-də Müdafiə Nazirliyinin çağırışı ilə ehtiyatda olan hərbçi kimi təlimlərdə iştirak etmək üçün hərbi hissəyə yola düşüb. Sentyabrın 27-dən isə Vətən müharibəsində iştirak edib. Füzuli istiqamətində başlayan döyüşlərdə pulemyotçu kimi döyüşüb. Oktyabrın 8-də Hadrut uğrunda gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Ruhun şad olsun şəhidim! 

TOP XƏBƏRLƏR