Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və “İqtisadçı” İntellektual Klubunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cü ildönümünə həsr olunan fakültələrarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
UNEC tələbələri arasında keçirilən yarışda 16 komanda iştirak edib. Gərgin keçən mübarizənin sonunda I yeri Maliyyə və mühasibat fakültəsi qazanıb. II yerdə SABAH mərkəzi, III yerdə isə Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) komandaları qərarlaşıb.
I yerin qaliblərinə diplom, medal, kubok təqdim edilib. Digər qaliblər isə diplom və medalla təltif ediliblər.
Qalibləri təbrik edirik!